MBM-server of education for you
Giris
Muallim
Metodika
Şagird
Test
Müsteqil işler
Physics help
Kontakt

Dinamika   Molekulyar fizika Termodinamika

Bu səhifdə Siz fizikanın kinematika bölməsi üzrə həlli edilmiş tapşırıqlarla tanış olacaqsınız.



   Bərabərsürətli hərəkət

Kinematikada ölçüləri nəzərə alınmayan cismə maddi nöqtə deyilir.

  Maddi nöqtənin hərəkətinin xəyali izinə trayektoriya deyilir. Trayektoriyasına görə hərəkət iki cür olur:-düzxətli və   -əyri xətli.

Cismin vəziyyəti koordinatla müəyyən olunur. X0 cismin başlanğıc koordinatı ,  X isə son koordinatı adlanır.Bu koordinatların fərqi cismin ğetdiyi yoly verəcək. S=X-X0 Burada S -cismin getdiyi yoldur.[S]=m (metr)

[ ]-işarəsi fiziki kəmiyyətin vahidini göstərir.

Cisim bərabər zaman fasilələrində bərabər yollar qət edərsə,belə hərəkət bərabərsürətli hərəkət deyilir.

V=S/t ifadəsi maddi nöqtənin sürəti adlanır.Sürət vektorial kəmiyyətdir.Işarəsi maddi nöqtənin OX oxu boyu hərəkət edib -etməməsindn asılıdır.

məsələn:A nöqtəsindən hərəkət başlayan cisim üçün X=5+8t ,B nöqtəsindən hərəkət başlayan cisim üçün is X=20-2t olar.

Bu cisimlrin görüş yeri və vaxtını tapmaq üçün onların son koordinatlarını bərabərlşdirmək lazımdır.

5+8t=20-2t ,buradan da 10t=15 ,  t=1,5 san alarıq.Bu qiyməti yerinə yazsaq onda görüş yeri X=5+8x1,5=17 m alacağıq.


Sizə bütün həyatınızda uğurlar arzulayıram.



        Hosted by uCoz